Haqqımızda

2004-cü ilin soyuq qış günündə, yanvar ayının 31-də, Bakı Caz Mərkəzində ölkənin idman ictimaiyyətinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən təmtəraqlı bir mərasimdə “Sportsman” jurnalı oxucularının görüşünə gəldi. Bəs görəsən o, ilk sayı ilə öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gələ bilmişdimi? Oxucularla ilk görüşdə, ilk təqdimat mərasimində bu suala cavab tapmağa çalışdıq. Rəylər müxtəlif oldu. Təqdir edənlər də oldu, ağız büzənlər də.
Sevimli Prezidentimiz İlham Əliyev cənablarının misilsiz fəaliyyəti gördüyümüz işdə bizə istiqamət, stimul verdi. Azərbaycanda idmanın daha da inkişaf etdirilməsi konsepsiyası sayəsində görülən işlər milli prioritetə, Azərbaycan isə dünyanın idman mərkəzinə çevrildi. Dünyanın ən möhtəşəm idman arenalarında qalib idmançılarımızın şərəfinə bayrağımız yüksəlir, himnimiz səslənir. “Sportsman” jurnalı da öz qaliblərinə söykənərək, respublikamızda idmanın təbliği, bu aləmdə baş verən ən mühüm hadisələrlə bağlı mütəxəssis rəylərini mütəmadi oxucularına təqdim edir.
Öz səhifələrində Azərbaycan və dünyanın idman ulduzlarından, görkəmli şəxsiyyətlərin həyatından bəhs edən maraqlı məlumatlara, eləcə də idmançılara verilən həkim məsləhətlərinə də rast gəlmək olar. Əsas məqsədimiz isə gənc nəslə sağlam həyat tərzini təlqin etmək, onlara mübarizlik və döyüşkənlik xüsusiyyətlərini aşılamaqdır. 

 

Baş redaktor:
Rəşad Qəmərşahoğlu

Direktor: 
Etibar Hüseynov

Məsul redaktor:
Kəmaləddin Rzayev

İctimai Əlaqələr üzrə menecer:
Cavid Allahverdiyev

Təşkilatı işlər üzrə menecer:
Vüqar Əsgərov

Art direktor:
Gündüz Abdullayev

Yayım üzrə menecer:
Vüqar Hacıyev

Marketinq menecer:
Səbinə Cabbarova

Foto:
Dilavər Nəcəfov
Salman Babayev
Həmzə Vəliyev
Rövşən Nuriyev 

Dizayn:
Vidadi Baxşıyev

Məsləhətçi:
Fərid Mansurov
Olimpiya və Dünya Çempionu

Tərcüməçilər:
Emil Hüseyn
Nurlanə Cavadova

Site by Studio De-mar