Zəfər beynəlxalq idman mükafatı
Yarandığı gündən “Sportsman” jurnalının ən üмdə arzularından, istəklərindən biri də “Frans Futbol”, “Laureus”, “Slava” kimi öz mükafatını yaratmaq, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətləriylə hər bir Azərbaycan vətəndaşını sevindirən, ona qürur hissi yaşadan qəhrəmanlarımızın xidmətləri şərəfinə mükafat təsis etmək idi. Nəhayət, “Sportsman” jurnalı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatını təsis etdi. Mükafatın ilk təqdimetmə mərasimi isə 31 yanvar 2009-cu ildə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında baş tutdu. Beləcə, müxtəlif layihələr həyata keçirən “Sportsman” jurnalı, 2008-ci ilin ən yüksək idman nailiyyətlərini müəyyən edərək, böyük uğurlar əldə etmiş idmançılara, məşqçilərə, idman mütəxəssislərinə, Azərbaycan idmanına dəstək olan qurumlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim etdi.
29 yanvar 2016-cı il tarixində, “Jumeirah Bilgah Beach Hotel”ində keçirilən “Zəfər 2015”in təqdimat mərasimində isə “Dünya İdman Jurnalistləri Assosiasiyası”nın (AİPS) baş katibi maltalı Çarli Kamenzuli və fransalı Kristof Mousset, idmanın inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatına layiq görüldülər. Beləcə,
“Zəfər”, respublika sərhədlərini aşaraq, “Zəfər Beynəlxalq İdman Mükafatı” statusunu qazandı.